119 yaşlı tailandlı hər gün balıq ovuna gedir

119 yaşlı tailandlı hər gün balıq ovuna gedir

Tailandın şimalında yerləşən Maye Honq Son əyalətinin 119 yaşlı sakini Kamu ömrünün bu ahıl çağında da fəal həyat tərzi keçirir, hətta hər gün balıq ovuna gedir.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, uzunömürlü qocanın yaşadığı Maye Honq Son əyalətinin hakimiyyət orqanları Kamu barədə məlumatı Ginnesin Rekordlar Kitabına göndərməyə hazırlaşırlar.

1894-cü il mayın 8-də anadan olmuş Kamu dörd övlad böyüdüb. İndiyə qədər öz evində yaşayır, ona xüsusi qulluq göstərilməsini tələb etmir.
Kamunun qohumları bildiriblər ki, o, həyatı boyu çox sadə qidalanmağa - özünün ovladığı balıq, düyü, bir də çili istiotu yeməyə üstünlük verir.

Yeri gəlmişkən, bu ilin iyun ayında Yaponiyanın Osaka şəhərinin sakini 115 yaşlı Misao Okava ad-soyadlı qadın planetimizin ən qocaman sakini kimi Ginnesin Rekordlar Kitabında qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə