23 ildir, fasiləsiz oruc tutur

Türkiyənin Kocaeli şəhərinin Gölcük mahalında dükan işlədən 46 yaşlı Osman Ay, 23 ildir fasiləsiz oruc tutur. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əvvəllər həddindən artıq kök olan Osman, oruc tutarkən nəzərə çarpacaq dərəcədə arıqladığını görərək, ömürlük oruc tutmağa qərar verib. Hər kəsin marağına səbəb olan bu şəxs müsahibələrinin birində 23 il bundan öncə hamı kimi mübarək Ramazan ayında oruc tutmağa qərar verdiyini deyib: "Həmin vaxtlarda özümü çox yüngül və rahat hiss edirdim. Səhhətimlə bağlı əvvəlki problemlərim də demək olar ki, yavaş-yavaş aradan qalxmışdı. Ramazan ayının bitməsinə baxmayaraq, mən oruc tutmağı davam etdirmək qərarına gəldim. Həmin ili oruc tutaraq başa vurdum. Birdə dönüb geriyə baxdıqda, bu 1 ili 23 illə əvəz etdiyimin fərqinə vardım. Artıq 23 ildir ki, fasiləsiz oruc tuturam. Belə bir addım atdığım üçün özümü çox xoşbəxt hiss edirəm. İnsan oruc tutanda onun səhhətindəki problemlərin aradan qalxması ilə yanaşı, ruhu təmizlənir. İnsan özü ac olduğuna görə, başqasının da ac qalmasının nə demək olduğunu yaxşı anlayır, içində mərhəmət hissi yaranır. Oruclu adam hər kəsə yardım etmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə