100 dollara satılan sandıq ən bahalı əsər oldu FOTO

100 dollara satılan sandıq ən bahalı əsər oldu FOTO

Təxminən 380 il bundan əvvəl Yaponiyanın Kyoto şəhərində hazırlanan sandıq yenidən gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vaxtı ilə 100 dollara satılan sandıq indi 6,3 milyon avro dəyərində olub.

Vaxtı ilə televizorun altında dayaq kimi istifadə olunan həmin sandıq, hazırda nadir sənət əsəri kimi 6,3 milyon avroya satılıb. Taxtadan olan sandığın sonradan qazandığı böyük məbləğ isə ilk sahibinə çata bilməyib. Buna səbəb isə sahibinin ölümündən sonra sandığın əldən-ələ gəzməsi olub.

Qeyd edək ki, bu sandıq Viktoriya və Albert Muzeyinin 1941-ci ildən bu günə qədər axtardığı antik əsərlər arasında olub. Sandıq Yaponiyada hərraca çıxarılan ikinci ən böyük sənət əsəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə