Amerika Birləşmiş Ştatlarında, isti hava şəraitində avtomobildə unudularaq qaldığına görə, hər 9 gün ərzində 1 uşaq həyatını itirir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1998-ci ildən indiyə qədər hər il orta hesabla 38 uşaq, avtomobildə unudularaq istidən ölüb.
Səlahiyyətlilər isti havaların hökm sürməsi ilə əlaqədar, ölüm hadisələrinin çoxalacağı barədə də vətəndaşları xəbərdar edib. Araşdırmalar zamanı müəyyən olunub ki, 2013-ci ilin İyul ayına qədər 21 uşaq isti havada valideynləri tərəfindən unudularaq ölüb. Mütəxəssislərin sözlərinə görə, hətta 24 dərəcə temperatur olduğu halda, avtomobildə unudulan hər hansı uşaq 15 dəqiqə ərzində ölə bilər. Bu zaman onların bədən temperaturu 41 dərəcəyə qədər yüksələrək, orqanları fəaliyyətini dayandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB