Türkiyənin qida və pəhriz mütəxəssisləri tox saxlama xüsusiyyətinin yüksək olduğuna görə, sahurda yumurtadan istifadə edilməsini məsləhət görüblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssislər bu il oruc tutanların 15 saata yaxın ac qalacağına görə, qan şəkərinin düşmə ehtimalının çox olmasını vurğulayıblar: "Sahurda yeyilən ən başlıca qida kimi yumurtadan istifadə edilməlidir. Onun tərkibində mövcud olan A, B1, B2, D, E, PP vitaminləri digər qidalara nisbətən daha yüksəkdir. Oruclu insanlar ramazan boyunca bol su içilməli, həddindən artıq yağ və duzlu qidalardan uzaq durmalıdır. Onlar iftar zamanı ilk öncə şorba yeməli, daha sonra digər yeməklərin dadına baxmalıdırlar. Ramazan boyunca bişirilən yeməklərdə kərə yağı yerinə zeytun yağı istifadə edilməlidir. Əks halda, oruc tutan insanların qəbizlik, halsızlıq, qan şəkərinin düşməsi kimi arzuolunmaz hallarla qarşılaşacaqları gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB