Prezident ən sevimli yeməyini açıqladı

Prezident ən sevimli yeməyini açıqladı

ABŞ prezidenti Barak Obama, ən sevdiyi yeməyin brokoli olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gün Mişel Obamanın Ağ Evdə təşkil etdiyi "Uşaq Yeməyi"ndə iştirak edən ABŞ prezidenti, uşaqlara sağlam qidalanmalarının vacib şərt olduğunu deyib. Bu zaman kiçik bir qız uşağı Obamaya yaxınlaşaraq, ondan ən sevdiyi yeməyin hansı olduğunu soruşub. Sualın cavabında isə prezident ən sevdiyi yeməyin brokoli olduğunu deyib.

Qeyd edək ki, keçmiş ABŞ prezidenti H.W. Buş 1990-cı ildə Ağ Evə brokoli gətirilməsini qadağan etmişdi: "Mən Amerika Birləşmiş Ştatlarının prezidentiyəm və bundan sonra brokoli yeməyəcəm". Lakin 1992-ci ildə Hillari Klinton və Tipper Gore, brokolinin yenidən Ağ Evə gətirilməsi üçün kampaniya başlatmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə