İntellekt səviyyəsi Albert Eynşteynin intellekti ilə müqayisə olunan 11 yaşlı meksikalı oğlan söhbət üçün ABŞ-ın Meksikadakı səfirliyinə çağırılıb. Burada onun Harvard Universitetində təhsil alması məsələsi həll olunacaq.
Ekspertlər Luis Roberto Ramiresin intellekt əmsalını 152-160 vahid səviyyəsində qiymətləndirirlər ki, bu da təxminən Albert Eynşteynin intellektual səviyyəsinə uyğun gəlir.
Yerli KİV-lərin yazdığına görə, azyaşlı dahi kolleclərin birinin universitet təhsili almağa imkan verən hazırlıq kurslarını 10 həftə ərzində bitirib. Ramiresin oxuduğu kollecin müəlliminin sözlərinə görə, o, imtahan verməli olduğu 47 fəndən yalnız birindən 9 bal, qalanlarından isə maksimum qiymət – 10 bal alıb.
Azyaşlı meksikalının arzusu Harvard Universitetində təhsil almaqdır. O, burada kvant fizikasını öyrənmək istərdi. ABŞ-ın hakimiyyət orqanlarının kasıb Meksika ailəsindən olan dahiyə təhsilini Amerikada davam etdirməyə icazə verib-verməyəcəkləri gələn həftə məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB