Türkiyə ərazisində yerləşən Muğlanın Marmaris mahalına tətilə gələn Norveçli ateist ailə, məsciddə dinlədikləri Qurandan təsirlənərək müsəlman olublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Norveçin Fredrikstad şəhərində yaşayan Linda Wastrup Nyman və onun əri Frode Sigvartsen 3 uşağı ilə birlikdə şəhəri gəzərkən eşitdikləri xoş sədanın haradan gəldiyi barədə ətrafdakılardan məlumat alıblar. Xoş sədanın məsciddən gəldiyini bildikdən sonra onlar oraya daxil olaraq, 20 dəqiqə ərzində Quranın oxunuşuna göz yaşları içində qulaq asıblar. Müsəlman olmağa həmin anda qərar verdiyini söyləyən Linda Wastrup Nyman, "Quran o qədər gözəl oxunurdu ki, bu xoş sədanın təsirindən özümüzü bir anda məscidin içində tapdıq. Quranı dinlədikcə üzərimdən bir ağırlığın qalxdığını hiss etdim. Özümdən ixtiyarsız əllərimi göyə qaldırıb, Allahı çağırdım. Bundan sonra ailəmlə birgə müsəlman olmağa qərar verdik. Çox xoşbəxtik", -deyib.
Qeyd edək ki, İslamı qəbul etdikdən sonra Linda Wastrup Nyman "Aişə", onun həyat yoldaşı Frode Andre Sigvartsen "Əli", oğulları Mathies "Ayhan", qızları Tuva "Esma", son beşikləri Frida isə "Elif" adlandırılıb. Norveçli ailəyə, məscid tərəfindən müqəddəs kitab Qurani-Kərim hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB