Dünyanın genetik olaraq ilk qüsursuz körpəsi doğulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Connor Levy adı verilən körpə süni mayalanma yolu ilə dünyaya gəlib. Həmin körpə genetik olaraq analiz edildikdən sonra ana bətninə əlavə olunmuşdu.
Elm insanları süni mayalanma yolu ilə dünyaya gələcək uşaqların sağlam olub-olmayacağını təxmini təsbit edəcək bir metoddan uğurla istifadə ediblər. ABŞ-da dünyaya gələn həmin körpə, doğumdan əvvəl genetik quruluşu analiz edilən ilk uşaq kimi tibb tarixinə düşüb.
Qeyd edək ki, körpə ABŞ-ın Filadelfiya şəhərində dünyaya gəlib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB