OĞLAQLAR problemlərdən qaçmaqla onları həll edə bilməyəcəklər. Problemləriniz konstruktiv yanaşma tələb edir. Onların həllinə girişməsəniz, gələcəkdə əl-ayağınıza dolaşıb həyatınızı zəhərə döndərəcək. Bu həftə keçmişdə yol verdiyiniz səhvlərin acı nəticələri ilə də qarşılaşa bilərsiniz. Amma qanınızı qaraltmayın. Yaranmış vəziyyətdən düzgün çıxış yolu mütləq tapılacaq.
DOLÇALAR başqaların işinə qarışmamalıdırlar. Planlarınız rəhbərliyin planları ilə daban-dabana zidd olacaq. İşdə, xüsusən, sənədlərlə bağlı məsələlərdə son dərəcə diqqətli olmalısınız. İstirahət günləri evdə işinizin başınızdan aşdığını bəhanə gətirməyin. Onsuz da bunu qiymətləndirən olmayacaq. Odur ki, istirahətinizi ürəyiniz istəyən kimi keçirin.
BALIQLAR bu həftə nəinki maliyyə durumlarının sabitliyinə nail olacaqlar, üstəlik, maddi vəziyyətlərini xeyli yaxşılaşdıracaqlar. Adi gəlirlərlə bərabər, vaxtilə dostlarınızla birlikdə iştirak etdiyiniz layihədən payınızı ala biləcəksiniz. Həftə işgüzar görüşlər baxımından da uğurludur.
QOÇLAR məqsədə çatmaq üçün diqqətli və qətiyyətli olmalıdırlar. İşgüzar görüşlər, danışıqlar və müqavilələrin imzalanması uğurlu olacaq. İşdəki hadisələr sizi sevindirəcək və həyatda yerinizi tapdığınızı bir daha təsdiq edəcək. Maddi durumunuz sabitdir, lakin üfüqdə böyük pullar görünmür. Ona görə də bahalı şeylər almaq məsləhət görülmür.
BUĞALAR şəxsi mənafeyindən imtina edib, tərəfdaşların maraqlarını nəzərə almalıdırlar. Bu taktiki gediş gələcəkdə sizə böyük uğur gətirəcək. İndi müqavilə və sazişlər imzalamaq üçün əlverişli dövrdür. Bu həftənin bütün hadisələri peşəkarlıq səviyyənizin artmasına kömək edəcək. Yadda saxlayın ki, karyera pillələri ilə irəliləmək yalnız və yalnız özünüzdən asılıdır.
ƏKİZLƏRİ bu həftə əlavə vəzifələrlə yükləyə bilərlər. Yeni işlər vaxtınızı alıb yoracaqdır, amma faydası da çox olacaqdır. Necə deyərlər, bacaran bal yeyər. Yaxın günlərdə sizi yaxşı gəlir gözləyir. Ya vaxtilə imzaladığınız sazişin bəhrəsini görəcəksiniz, ya da köhnə borcu geri alacaqsınız.
XƏRÇƏNGLƏR perspektivli ideyalarını həyata keçirməkdən utanmamalı və cəsarətlə müdafiə etməlidirlər. İlk növbədə öz gücünüzə inanmalısınız. Atalarımız "Asta vur, usta vur" deyiblər. Prioritetlərinizi dəqiq müəyyənləşdirin və bir əldə üç-dörd qarpız tutmağa çalışmayın. Həftə ərzində ciddi problemləri həll etmək imkanınız olacaq.
ŞİRLƏR incitdikləri adamların, yaxınlarının könlünü alacaqlar. Qüsurlarını başa düşüb onları düzəltməyə çalışacaqlar. Bu həftə ərzində işlə bağlı problemlərinizi həll edə biləcəksiniz. Yeni perspektivlər ortaya çıxacaq. İstirahət günləri vaxt tapıb mənzilinizdə ideal səliqə və nümunəvi şərait yaratmağa çalışmalısınız.
QIZLAR bu həftə gözdə-qulaqda olmalıdırlar. Çox mühüm informasiya eşidə bilərsiniz. Bu informasiyadan ağılla istifadə etsəniz, ağlasığmaz fayda götürəcəksiniz. Əlinizə çoxlu pul gələcəkdir. Ailə münasibətlərində həssas olun, yaxınlarınızı incitməmək üçün söz və hərəkətlərinizin çəkisini bilməlisiniz.
TƏRƏZİLƏR özünütəhsillə məşğul olacaqlar. Peşəkarlıq məsələlərində yeniliklər kəşf edəcəksiniz. Yaxınlarınıza vaxt ayırmağa çalışın, sevgi və dəstəyinizi onlardan əsirgəməyin, problemlərini həll etməyə çalışın. İndi onların sizə böyük ehtiyacı var.
ƏQRƏBLƏR bu həftə öz bacarıq və istedadlarını nümayiş etdirəcəklər. Bir yerdə işlədiyiniz adamlar və ehtiram bəslədiyiniz insanlar sizi yüksək qiymətləndirəcəklər. Qazandığınız nailiyyətləri möhkəmləndirməyə çalışmalısınız. Yeni təşəbbüslərə, xüsusən, avantürist ruhlu təşəbbüslərə başlamaq hələ tezdir. Sizi çoxlu işgüzar görüşlər gözləyir. Amma ailə məsələləri ön plana keçməlidir.
OXATANLAR bütün həftə rəhbərliyin xoş ovqatını hiss edəcəklər. İndi rəhbərliyin diqqətini öz şəxsinizə cəlb etməyin tam vaxtıdır. Yeni biliklərə asanlıqla yiyələnəcəksiniz. Səbirlə bütün işlərin öhdəsindən gələcəksiniz. Həftə yeni işlər üçün də uğurludur. Xüsusən, mənzilinizin abadlaşdırılması, xırda təmir işləri, səliqə-sahman yaradılması baxımından.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB