20 yaşlı qız: "Qaçırılmaqdan qorxuram"

20 yaşlı qız: "Qaçırılmaqdan qorxuram"

Hindistanda yaşayan Yadev Donna adlı qız 20 yaşında olmasına baxmayaraq, 5 yaşlı uşaq geyimləri geyinir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyada nadir rast gəlinən genetik xəstəliyin daşıyıcısı olan Yadev ən çox qaçırılmaqdan qorxduğunu deyib: "Normal insan olaraq yaşamaq, öz yaşıma uyğun geyimlər geymək istəyərdim. Onu da deyim ki, kiçik olduğum üçün ən böyük qorxum qaçırılmaqdır".

Yadevin anası Parvati isə qızının paltar almaqdan utandığını bildirib: "Qızımda bu xəstəlik yaranandan, onun paltarlarını mən alıram".

Bütün xəbərlər Facebook səhifəmizdə