Almaniyanın Münhen şəhərində qeyri-adi sərnişin daşıyan velosiped hər kəsin marağına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dörd təkərli velosiped geniş yataq çarpayısı ilə müştərilərinin rahatlığını təmin edərək, onları istənilən ünvana çatdırır. Belə ki, insanlar sözügedən velosipedin üzərində yerləşən, normal çarpayıdan fəqlənməyən yataqda uzanaraq bütün Berlini gəzə bilərlər. Bu qeyri-adi təşəbbüsü irəli sürən isə Berlində yerləşən Horizontal şirkətidir. Şirkət rəhbərliyi bu "Çarpayı velosiped"-dən istifadə edən müştərilərin 5-50 yaş arasında olmalarını xüsusi vurğulayıb. Rəhbərlik velosipeddən istifadə edərkən çəkilən xatirə foto şəklinin müştərilərinə hədiyyə olaraq verildiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB