Ulduzlar işgüzar adamlara nə(lər) vəd edir?

Ulduzlar işgüzar adamlara nə(lər) vəd edir?

QOÇLAR üçün bir neçə gün çox gərgin keçəcəkdir. Böyük maliyyə itkilərinin qarşısını almaq üçün bütün iradənizi səfərbərliyə almalısınız. Ulduzlar müvəffəqiyyətə və mənfəətə mənfi təsir göstərən mürəkkəb kombinasiya ilə düzülmüşdür. Yalnız inadkarların işləri əladan əla gedəcəkdir.

İndiyədək qazandıqları BUĞALARIN başının altına yastıq qoymamalıdır. İsti yay, parlaq günəş, mavi dəniz və əsrarəngiz təbiət barədə fikirlər irimiqyaslı maliyyə itkiləri ilə nəticələnə bilər. Fəaliyyətsizlik və köhnə sistemlərlə işləmək yolverilməzdir. Yoxsa, hər şeyi bir göz qırpımında itirə bilərsiniz.

ƏKİZLƏR bizneslərini inkişaf etdirmək üçün növbəti addımları üzərində ciddi-ciddi düşünməlidirlər. İri sazişlərə rəvac verən ulduzlar böyük gəlirlər vəd edir. Ulduzların himayəsində olmağınıza baxmayaraq, uğura aparan yolunuz kəşməkəşlidir. Qətiyyətli və inadkar olmalı, aydın fəaliyyət planı hazırlamalısınız.

XƏRÇƏNGLƏR bu həftə çox söhbətcildirlər. Bu xüsusiyyətiniz sayəsində yeni tanışlarınızın sayı durmadan artır. Astroloqlar tərəfdaşlarınıza etibar etməyi və işinizdəki çətinliklərinizlə bağlı çəkinmədən onlara müraciət etməyi məsləhət görürlər. Siz də köməyinizi yaxınlarınızdan əsirgəməyin. Axı, onlardan qiymətli kiminiz var?

ŞİRLƏR icrasına başlamağı səbirsizliklə gözlədikləri layihənin təsdiqlənməsi üçün son dərəcə diqqətli olmalıdırlar. Rəhbərliklə necə danışacağınızı irəlicədən düşünün, tutarlı dəlillər hazırlayın, onda qələbə sizin olacaqdır.

QIZLAR ambisiyalarının real imkanlarına nə dərəcədə uyğun gəldiyini sınaqdan keçirəcəklər. Bu sınaq nə qədər çətin də olsa, unutmayın ki, ondan şərəflə çıxmaq üçün bütün vərdişlərə yiyələnmisiniz. Sadəcə, bildiklərinizi tətbiq etmək qalır.

TƏRƏZİLƏRƏ bu həftə təcrübələrini və perspektivlərini səmərəli şəkildə birləşdirmək imkanı veriləcəkdir. Köhnə tanışınızla görüş yeni ideyanın açarı olacaqdır. Ümidinizi üzdüyünüz imkanları yenə ələ keçirə bilərsiniz. Perspektivli layihəni inkişaf etdirmək, rəqiblərinizi geridə qoymaq üçün yaxşıca tər tökməlisiniz.

ƏQRƏBLƏRİN ətrafında çoxlu şayiələr dolaşır, lakin real faktlar daha maraqlıdır. Heç gözləmədiyiniz bir adam sizi dəstəkləyərək, müvəffəqiyyət qapılarını qarşınızda taybatay açacaqdır. Sizə səyahətlər vəd edən iş təklif olunacaqdır. Yaxından tanımadığınız bir insanın sizin həyatınızla bağlı çox dəqiq müşahidələri əsl sürpriz olacaqdır.

OXATANLAR bu həftə dinləyici olacaqlar. Ətrafda hamı dayanmadan nə isə danışacaqdır, siz isə dinləyəcəksiniz. Lakin sonra hər şey öz yerini alacaqdır və insanlar bu və ya digər məsələ ilə bağlı sizinlə məsləhətləşəcəklər. Tənqidiniz haqlı ola bilər, lakin cəsarətləndirməyiniz daha yaxşı nəticə verəcəkdir. Əvvəllər sizə problemlər yaradan bir nəfər köməyinizə gələcəkdir.

İsti hava və yaxınlaşmaqda olan məzuniyyət günləri OĞLAQLARI yoldan çıxarır. Yaxşı olar, mühüm işlərinizi həftə sonuna kimi başa çatdırasınız. Onda nəinki rəhbərliyin rəğbətini qazanar, həm də istirahət günlərini iş barədə düşünmədən keçirə bilərsiniz.

DOLÇALARIN işləri düz gətirmir, bu da onların iş qabiliyyətinə təsir göstərir. Vəziyyətin belə olması rəhbərliyin diqqətindən yayınmır, çünki bədxahlarınız xətalarınızı dərhal onun diqqətinə çatdırırlar. Xoşagəlməz vəziyyətə düşməmək üçün çox diqqətli olmalısınız.

BALIQLAR bu həftə yeni işlərə başlamamalıdırlar, çünki ulduzlar sizin tərəfinizdə deyildir. Atalar yaxşı deyiblər: "Dad yarımçıq əlindən". Yaxşı olar, yarımçıq qalmış işləri başa çatdırasınız. Onları bitirsəniz, həftə sonu sizi perspektivli bir görüş gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə