İstanbulun Sultanbəyli ərazisində dilənçilik edən 81 yaşlı kişinin üzərindən təxminən 2500 manat məbləğində pul tapılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən yaxalanan Kasım Gülər xəstəxanadan əldə etdiyi resepti insanlara göstərərək, yardım etməsini istəyib. Araşdırmalar nəticəsində insanların mərhəmət duyğusundan sui-istifadə edən qocanın heç də kasıb olmadığı aydın olub. Onun üzərindən nağd pulla yanaşı, 3000 manat və 15000 manat olan bank hesabı kartı da tapılıb.
Qeyd edək ki, dilənçilik etdiyini qəbul etməyən qoca 5326 saylı qanunun 33. maddəsi ilə suçlandırılıb. Ona 88 lirə civarında olan inzibati pul cəzası da kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB