Ateistlərin qəbiristanlığı ayrı olacaq

Ateistlərin qəbiristanlığı ayrı olacaq

Danimarkada ateist qəbiristanlığı tikiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəzərdə tutulan qəbiristanlıq paytaxt Kopenhagendə yerləşəcək. Sözügedən məzarlığın yaradılması təşəbbüsünü irəli sürənlərdən biri də, Kopenhagen Bələdiyyə sədrinin müavini Ayfer Baykaldır.

Onun sözlərinə görə, bu məzarlıqda sağlığında o biri dünyanın mövcudluğuna inanmayanlar, o cümlədən heç bir dini mənsubiyyətə aid olmayanlar dəfn ediləcək. Qəbirstanlıqda dini simvolların və ayinlərin icra edilməsi tamamilə qadağan olunub. Ateist məzarlarının üzərində yalnız vəfat edənin adı, soyadı, doğum və ölüm tarixləri qeyd ediləcək.

Danimarka Ateist Birliyi başçısı Kurt Bilsbo, layihənin həyata keçirilməsinin məqsədlərini açıqlayıb: "Məqsədimiz vəfat edən ateistlərin yaxınlarının çətinlik çəkməsinin qarşısını almaqdır. Onlar ziyarət zamanı heç bir dinə inanmadığı tədqirdə, digər dinlərin simvolları ilə dolu məzarlar arasında gəzmək məcburiyyətində qalırdılar. Bizim irəli sürdüyümüz təşəbbüs nəticəsində bu çətinlik tamamilə aradan qaldırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə