Türk Hava Yollarının (THY) İstanbul-Afina istiqamətli Boeing 737-800 təyyarəsi uçuş zamanı quş qatarı ilə toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisədən dərhal sonra pilot təyyarəni Atatürk Hava Limanına endirib. Endirildikdən sonra təyyarə texniki baxışa göndərilib. Sərnişinlər isə Afinaya yola düşən digər təyyarə ilə səfərlərini davam etdiriblər. Texniki baxış zamanı quş qatarının təyyarənin mühərrikini zədələdiyi bildirilib.
Qeyd edək ki, hadisə Türkiyə vaxtı ilə saat 07.40- da baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB