Çinin kasıb əhalisi varlıları ana südü ilə təmin edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çində yaşayan kasıb qadınlar pul əldə etmək üçün "süd tibb bacısı" olaraq özəl tibb mərkəzlərində işləyirlər. Sözügedən qadınlar işlə təmin olunmaq üçün Çinin cənubundakı Shenzen şəhərində yerləşən Xinxinyu Domestik Xidmətlər Agentliyinə üzv olurlar. Xidməti təmin edən agentlik rəhbəri Lin Jun , işə götürülən qadınların 6 və ya 8 həftəlik xidməti müqabilində 16 min yuan (5 min AZN) qazandığını deyib. O, tibb bacısı təhsili olan qadınların aldığı ödənişin daha çox olduğunu da bildirib.
Qeyd edək ki, Çində kral ailəsi üzvlərinin və yüksək zümrənin ana südündən istifadə etməsi 16-cı əsrə söykənən bir ənənədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB