Vəhşi həkim xəstəni yumruqlayaraq öldürüb

Vəhşi həkim xəstəni yumruqlayaraq öldürüb

Rusiyada ürək əməliyyatı keçirdikdən sonra reanimasiya şöbəsində saxlanılan xəstənin həkim tərəfindən yumruqlanması kameralara əks olunub. SİA-nın məlumatına görə, Perm şəhərində baş verən hadisə görənləri dəhşətə gətirib.

Andrey Votyakov adlı həkim bir neçə saat öncə ürək əməliyyatı keçirmiş 46 yaşlı şəxslə danışdıqdan sonra onu yumruqlamağa başlayıb. Hadisədən 1 gün sonra isə xəstə həyatını itirib.

Kameralarda əks olunan görüntülər izlənildikdən sonra həkim rəhbərlik tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra hadisə ilə bağlı polis tərəfindən istintaq başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə