"Kompüter siçanı"nı icad edən əslən Norveçdən olan amerikalı Douglas Engelbart, 88 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Engelbartın qızı Christina, Kaliforniyada yerləşən Kompüter Tarixi Muzeyinə atasının dünən səhər saatlarında San Franciscoda öldüyünü bildirib. İxtiraçı Engelbart, ən çox 1960-cı illərdə icad etdiyi "siçan" qurğusu ilə məşhurlaşıb. Onun icad etdiyi ilk "siçan", iki metal təkəri olan taxtadan hazırlanmış üz qabığı formasında olub. Lakin, bu qurğu icad edildikdən 14 il sonra marketinqdə satışa başlayıb.
Qeyd edek ki, ABŞ-ın keçmiş prizidenti Bill Klinton, Engelbartı 2000-ci ildə fərdi kompüterlərin təməlinin qoyulmasında yardımçı olduğu üçün "Milli Texnologiya Medalı" ilə mükafatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB