Stirling Universitetinin bir qrup alimi tərəfindən yeni siqaret kəşf olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, icad olunan yeni siqaret açıldığı an istifadəçisini onun zərərləri barədə məlumatlandırır. Qutunun içinə yerləşdirilən səs yazısında həmçinin siqaretlə mübarizəyə yardım edən qurumların ələqə nömrələri də qeyd edilib. "Danışan siqaret"in müəllifi Crawford Moodie bu məhsulun yaxın vaxtlarda marketinq bazarına daxil olacağını vurğulayıb.
Qeyd edək ki, Şotlandiya hökuməti siqareti buraxmaq istəyənlərə yardım məqsədi ilə tütün paketlərinin standart vəziyyətə gətirilməsinə dəstək olacağına söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB