Çay haqqında indiyə qədər deyilənlər yalanmış

Çay haqqında indiyə qədər deyilənlər yalanmış

Çoxlu çay və kofe içməyin təzyiq və ürək döyüntülərinin artmasının qarşısını aldığı məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə yerləşən Önləyici və Kliniki Araşdırma Mərkəzi tərəfindən mövzu ilə əlaqədar araşdırmalar aparılıb. Mütəxəssislər 16-95 yaşlı insanların üzərində təcrübə apararaq onlarda 10 il boyunca yüksək təzyiqin durumunu müşahidə ediblər. Müşahidələrin nəticələri bu günə qədər tibbə məlum olan faktı alt-üst edib. Belə ki, uzun illər ərzində yüksək təzyiqi olan xəstələrə çay və kofedən istifadənin dayandırılması tövsiyə edilirdi. Lakin əldə olunan yeni nəticələr bu günə qədər deyilənləri təkzib edib. Dr. Bruno Pannier araşdırmanın nəticələrini təqdim edərkən çayın içindəki falvonoidlərin damarları rahatlatdığını və bu səbəbdən təzyiqin düşməsinə və ürək döyüntüsünün nizama salınmasına yardım etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə