Orqanizimə faydalı olan meyvələr hansılardır?

Orqanizimə faydalı olan meyvələr hansılardır?

Tut:

Məlumata görə, tut meyvəsinin tərkibində kaliumun, tiaminin, kalsiumun, dəmirin, B və C vitaminin, üzvü turşuların və digər xeyirli elementlərin olması insan orqanizmi üçün olduqca faydalı hesab olunur. Tutda kalori dəyərinin yüksək olması insanlarda iştahı artımına şərait yaradır. Eyni zamanda insanları bol enerji ilə təmin edir. Bundan əlavə tutun halsızlığa və yorğunluğa xeyirli olduğu, qansızlıq problemlərini aradan qaldırdığı bildirilir. Onun iltihabı aradan qaldırıcı xüsusiyyətləri vardır. Uşaqlarda zəkanın inkişafı üçün xeyirli olduğu, həzm sistemini gücləndirdiyi, qəbizlik problemi yaşayanlara xeyirli olduğu qeyd edilir.

Gilas:

Güclü ağrı kəsici təsirə malikdir. Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir. Qəbzliyi aradan qaldırır.İnsan orqanizimində nikotinin azalmasına yardım edir. Böyrəklərə daş və qum yığılmasının qarşısını alır. Üzümüzdəki sığanaqları təmizləyir.

Şaftalı:

Ürək narahatlıqlarına və xərçəngə qarşı mükəmməl müdafiə gücünə malikdir. Həzm sisteminin düzgün işləməsinə kömək edir, böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə şərait yaradır.

Çiyələk:
Xərçəngə tutulmaq riskini azaldır. Mədə və bağırsaq zəifliklərini aradan qaldırır. Yüksək dərəcəli qızdırmanı salma gücünə malikdir. Siqaret tüstüsün təsirini azaldır. Siqaret çəkilən bir otaqdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır. Dişlərə və diş ətinə faydalıdır. Dişdə karieslərin yaranmasının qarşısını alır.

Üzüm:
Müxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolu yüksəkdir. Üzüm həm fiziki, həm də zehni işlərlə məşğul olanlar üçün faydalıdır. İmmunitet sisteminin möhkəmlənməsi, qanazlığının müalicəsində üzümün rolu böyükdür. Üzüm həmçinin, qanın təmizlənməsində, orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində əhəmiyyətli yeri var. Üzüm ürək-damar sisteminin fəaliyyətini nizamlayır. Üzümün çəyirdəyi də şəfa mənbəyidir. Belə ki, üzüm çəyirdəyinin tərkibində təbii antioksidant birləşmələri mövcuddur. Üzüm çəyirdəyində olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir, xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Hətta kliniki araşdırmalar nəticəsində üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə