47 ildən sonra qoluna qovuşdu

Amerikalı həkim illərdən bəri saxladığı qol sümüklərini Vyetnam zabitinə vermək üçün onun yaşadığı ölkəyə üz tutub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Vyetnam müharibəsi zamanı kəsilən qol 47 il sonra sahibinə qovuşub. Belə ki, Axelrad, 47 il öncə ABŞ əsgərlərinin vurduğu Nguyen Quang Hungun infeksiya düşmüş sağ qolunu hərbi Phu Cat xəstəxanasında kəsmək məcburiyyətində qalıb və kəsdikdən sonra onu xatirə olaraq saxlayıb. Hadisənin 1966-cı ildə baş verməsinə baxmayaraq, həkim 47 il sonra oğulları və nəvələri ilə birlikdə Vyetnama getmək qərarına gəlib.

İllər sonra qoluna qovuşacağını ağlına belə gətirməyən Hung öz hisslərini belə ifadə edib: "Həkimin infeksiya bağlayan qolumu kəsdikdən sonra evinə aparıb təmizləməsinə və 40 ildən çox özündə saxlamasına inana bilmirəm".

Qeyd edək ki, Hungun hələ də həyatda olub-olmaması haqqında heç bir məlumatı olmayan amerikan həkim , keçmiş xəstəsini vyetnamlı jurnalist Tran Quynh Hoa vasitəsi ilə tapıb. Jurnalist bu qəribə hadisəni öz məqaləsində qələmə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə