Kişilər ideal yetkinlik yaşına qadınlardan 11 il sonra sahib olurlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərəli alimlərin araşdırmaları nəticəsində aydın olub ki, yetkinlik yaşına çatma müddəti qadınlarda 32 yaş olduğu halda, bu kişilərdə 43 yaş hesab olunur. Bu da onu deməyə əsas verir ki, qadınlar emosional dövrlə daha erkən vaxtlarda vidalaşırlar.
Araşdırma qrupuna başcılıq edən Tim Pattersonun sözlərinə görə, romantik duyğular kişilərdə qadınlara nisbətən daha uzun sürür: "Onlar hər cuzi xırdalığa görə uşaq kimi mübahisə etməyi xoşlayırlar. Tələskənlik və səbirsizlikləri ilə həmyaşıdları olan qadınlardan fərqlənirlər. Onlar hətta 43 yaşlarına qədər sevdikləri kompüter oyunlarını oynamaq, günortadan sonra nahar etmək, yüksək səslə musiqiyə qulaq asmaq vərdişlərindən əl çəkmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB