Yay aylarında edilən makiyajın axması halları ilə qarşılaşırıq. Bəs bunun qarşısını necə almaq olar? Makyajın axmasının səbəbi təkcə isti hava və tər deyil. Başlıca səbəblərdən biri, yay aylarında dərinin daha çox yağlanmasıdır. Avropanın tanınmış vizajistləri bildiriblər ki, bu kimi halların qarşısını almaq üçün makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlərdən, üz təmizləyici vasitələrdən istifadə etmək mütləqdir. Həmçinin dəridə yaranan yağlılıq probleminin qarşısını almaq üçün xüsusilə yay aylarında tonal kremlərdən istifadə olunmamalıdır.
Əgər göz kölgələrindən istifadə edirsinizsə əvvəlcə göz qapaqlarınıza pudra çəkin, daha sonra toz şəklində kölgələrdən istifadə edin. Bununla da göz qapaqlarına çəkilən kölgələr uzun müddətli olacaq.
Yayda suya davamlı tuş və göz qələmindən istifadə edin ki, tərlədiyiniz zaman onlar göz ətrafına yayılmasın.
Dodaq boyasından az istifadə edin, onu dodaqlarınıza çəkmədən öncə tonal kremlə dodaqlarınızı masaj edin. Beləcə, dodaq boyası dodaqlarınızda daha çox qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB