İndoneziyanın Cənubi Sulawesi Bölgəsində yaşayan yerli əhalinin "Manene" adlanan dini mərasimi qeyri adiliyi ilə seçilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bölgədə yaşayan insanlar 3 ildən bir vəfat etmiş yaxınlarını yad etmək üçün onları məzardan çıxardaraq təzə paltarlar geyindirilər.
Onlar bu dini ayini dünyadan köçən yaxınlarını sevindirmək və onları hələdə unutmadıqlarını bildirmək üçün yerinə yetirdiklərini deyirlər. Əhalinin fikrincə, ölülər cismi baxımdan ölsələr də ruhən sağ qalırlar. Bu dünyadan köçdükdən sonra onların ruhu doğmalarını ziyarət etmək üçün daima ətrafda dolaşır. Sulawesililər nəinki, son illlər ərzində ölənlərin, hətta 100 il öncə vəfat edən yaxınlarınında cəsədini çıxararaq onları yeni aldıqları ən gözəl libaslarla bəzəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB