Yaxın şərqdə ilk timsah parkı Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi olan Dubayda inşa ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, parkın inşa edilməsi üçün Dubay Bələdiyyəsi ilə Fransız "White Oryx" Sərmayə firması arasında məbləği 2.8 milyon dollar olan müqavilə imzalanıb.
Səlahiyyətlilər bildirib ki, parka 200 ədəd timsahın gətirilməsi nəzərdə tutulub: "İnsanlar göldə timsahların üzməsini asanlıqla izləyə biləcəklər. Birləşmiş Ərəb Əmrliklərində səhra iqlimi üstünlük təşkil etdiyindən, orada timsah mövcud deyil. Bu səbəbdən, timsahlar əraziyə digər ölkələrdən gətiriləcək. İlk timsah Madaqaskardan gətiriləcək".
Qeyd edək ki, 120 milyon il bundan öncə təbaşir dövründə müvcud olmuş timsahlar onurğalıların sürünənlər sinfinə aid edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB