Bu maşın həm suda, həm də quruda gedir

Bu maşın həm suda, həm də quruda gedir

ABŞ-da bir şirkət, sükan başından ayrılmadan həm quruda, həm də dənizdə səyahət etmək istəyənlər üçün yeni avtomobil istehsal edib. Avtomobilin qeyri adiliyi isə onun 15 saniyədə maşından bota çevrilməsidir. Şirkət rəhbərliyinin sözlərinə görə, belə bir təşəbbüs 1961-ci ildə çıxarılan Alman istehsalı olan Amphicardan qaynaqlanıb. Onlar bu lahiyənin icrasına 14 il əvvəl başlayıblar. Bu il hazır olan avtomobilə Panther adı verilib. Avtomobil sığorta şirkəti tərəfindən həm cip, hə də bot olaraq təsdiqlənib. Şirkət rəhbərliyi avtomobilin yaxın vaxtlarda satışa çıxarılacağını deyib.

Qeyd edək ki, avtomobili istifadə etmək üçün sürücülük vəsiqəsi ilə yanaşı, bot lisenziyası da almaq zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə