100 yaşında məzun oldu

Meksikalı Manuela Hernandez 100 yaşında ibtidai sinif məzunu olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qoca Oaxaca əyalətində 1913-cü ildə dünaya gəlib. Bu il məktəbi bitirib məzun olan Hernandez ölkə kanallarından birinə müsahibə verib. Müsahibəsində o, ailəsində problemlərlə üzləşdiyindən təhsilini tamamlaya bilmədiyini deyib. Uzun müddətdən sonra təhsilini davam etdirmək ideasını ona nəvəsi verib. O məzun olduğu üçün nəvəsinə təşəkkür etdiyini və olduqca xöşbəxt olduğunu qeyd edib.

Qeyd edək ki, Oaxaca əyalətində əksər insanlar 15 yaşından sonra təhsillərini yarımcıq qoyurlar. Buna səbəb ərazidə sosial- iqtisadi vəziyyətin aşağı olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə