Skelet satışa çıxarıldı

ABŞ vətəndaşı içində skelet olan bir tabutu 12 min dollara satışa çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Council Bluffs şəhərində yaşayan Dave Burgstrum adlı şəxs internet saytlarının birində bu barədə elan yerləşdirib. Elandan xəbər tutan polis əməkdaşları onun kimliyini dərhal araşdıraraq sorğuya çəkiblər. Sorğu zamanı Burgstrum onu bu hərəkəti etməyə vadar edən səbəbi açıqlayıb.

O, uzun müddət Müstəqil Odd Fellows Təriqəti mərkəzinin vergisini ödəməkdə çətinlik çəkdiyini bildirib. Məhz buna görə də çıxış yolu olaraq skeleti satmağı qərara alıb.

Qeyd edək ki, ştat qanunlarına görə insan qalıqlarının satılması cinayət hesab olunur.

Sona Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə