Türkiyəli rəssam Ziya Buyuk dünyanın ən böyük Quranı Kərimini hazırlayıb. SİA-nın xəbərinə görə, yağlı boya ilə yazılan Qurani Kərimin eni 5.2, uzunluğu isə 2.2 metrdir. Rəsm əsəri Türkiyənin paytaxtı Ankara şəhərində sərgilənib və elə ilk gündən insanların marağına səbəb olub.
Ən diqqət çəkən məqam isə rəssamın Quranı Kərimi oxuya bilmədiyi halda, onu yazması olub. O, media qurumuna müsahibəsində hərflərin adını belə bilmədiyini, yalnız onların şəklini çəkdiyini gülümsəyərək deyib.
Qeyd edək ki, yağlı boya ilə yazılmış rəsmin çəkilməsinə sözügedən şəxs 1,5 il sərf edib.
Sona Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB