Bu həftə işgüzar adamları nələr gözləyir?

Bu həftə işgüzar adamları nələr gözləyir?

QOÇLAR yeni risklərə hazır olmaq üçün ayıq-sayıq olmalıdırlar. Xasiyyətinizə xas olan özündən müştəbehlik hissi sizi yarı yolda qoya bilər. İndiki halda sizdən yalnız və yalnız ehtiyatlı hərəkət etmək tələb olunur. Astroloqlar bundan əvvəl səmərəsiz saydığınız planları canlandırmağı tövsiyə edirlər, çünki zamanın nəbzini tutan ideyalar məhz həmin planlardadır.

BUĞALAR bu həftə gözlənilməyən çətinliklərlə qarşılaşacaqlar. Rəqiblərinizə uduzmamaq üçün sadə qərarlar qəbul etməlisiniz. Yalnız belə taktika sayəsində itki verməyəcəksiniz. Problemlər barədə uzun-uzadı düşünməyin. Əgər onların həllini təxirə salmaq mümkündürsə, elə beləcə də hərəkət edin.

ƏKİZLƏR özlərinə inamsızlıq hissindən əziyyət çəkirlər. Buna son qoymaq lazımdır. İndi həyatınızın məsuliyyətli dövrüdür. Çox güman, böyük məbləğdə gəliriniz olacaqdır. Amma tərəddüd etsəniz uduzacaqsınız. Dərin düşünmədən qətiyyətlə hərəkət etməlisiniz.

XƏRÇƏNGLƏRİN fikirlərinin səmti Bakının küləyi kimi dəyişir. Nəhayət, bir seçim etməlisiniz. Qərar qəbul edən kimi isə möhkəm olmalısınız. Nə özünüzün, nə də başqalarının qərarınızı dəyişdirməsinə imkan verməməlisiniz. Qəti fikrə gəldiyiniz məsələləri yenidən müzakirə etməyə ehtiyac yoxdur. Planlarınızı cəsarətlə həyata keçirməlisiniz.

ŞİRLƏR dinləməyi bacarmalıdırlar. Siz insanları dinlədikcə onların da münasibətinin dəyişdiyini görəcəksiniz. Bəzən onlar hər şeyi içində çəkirlər. Onlarla açıq söhbət etmək ürəklərini açmağa imkan vermək deməkdir. Yaxınlarınıza kömək edin. Yadda saxlayın ki, ağıl ağıldan üstündür.

QIZLAR məsul qərarlar qəbul etməmişdən əvvəl əldə etdikləri bütün informasiyanı sistemləşdirməlidirlər. Əvvəlcə məqsəd əlçətmaz görünə bilər. Amma hazırlıqlı və tədbirli olsanız, öz gücünüzə inansanız, tezliklə başa düşəcəksiniz ki, yanılırsınız.

TƏRƏZİLƏR üçün hadisələrlə zəngin həftə olacaqdır. Cəlbedici təkliflər alacaqsınız. Lakin qəbul etməmişdən əvvəl yaxşı-yaxşı düşünməlisiniz, çünki geriyə yol olmayacaqdır. Həftə sonunu ailənizə hədr edib, onlarla birlikdə təbiətin qoynuna gəzintiyə çıxmalısınız.

ƏQRƏBLƏRİN işləri düz getmirsə, ruhdan düşməməlidirlər. Bu müvəqqəti uğursuzluqlar sizi tutduğunuz yoldan çəkindirməməlidir. Bir balaca dözsəniz, hər şey yoluna düşəcəkdir. İstirahət günlərini necə keçirəcəyiniz həftə sonu sizi gözləyən görüşdən asılıdır.

OXATANLAR üçün həftənin əvvəli çox rahat olacaqdır. Yorucu iş sayıqlığınızı zəiflədib səhvlərə yol aça bilər. Diqqətli olun. Düzgün başlanğıc dolğun və maraqlı istirahət günləri ilə başa çata bilər. Çoxdan görmədiyiniz dostlarınıza zəng etməlisiniz.

OĞLAQLAR bu həftə təzadlı hadisələrin içində vəziyyətə nəzarəti itirə bilərlər. Sizə soyuqqanlı və təmkinli olmaq, sağlam düşüncəyə söykənən addımlar kömək edəcəkdir. Onda düzgün qərar qəbul edə biləcəksiniz.

DOLÇALARIN öhdəsinə düşən çətin işləri görmələrinə onların zəhmətsevər, səbirli olmaları, çətinliklər qarşısında geri çəkilməmələri kömək edəcəkdir. İşinizi yaxşı səviyyədə görmüsünüzsə, təvazökar olmayın. Çalışın ki, ətrafdakılar zəhmətinizi qiymətləndirsinlər.

BALIQLAR liberal olmaqdan çəkinməməlidirlər. Əgər günahkarın öz səhvini başa düşdüyünü və bir daha belə etməyəcəyini görürsünüzsə, onun xətasını üzünə vurmamalısınız. Nəzərdə tutduğunuz layihəni icra etmək üçün qətiyyətli olmalısınız.

Bütün xəbərlər Facebook səhifəmizdə