Dünyanın ən yaşlı insanı dünyasını dəyişdi

Dünyanın ən yaşlı insanı dünyasını dəyişdi

Dünyanın ən yaşlı kişisi 116 yaşında Yaponiyada dünyasını dəyişib. SİA yapon mətbuatına istinadən xəbər verir ki, 1897-ci ildə anadan olan Ciroemon Kimura bu gün xəstəxanada vəfat edib.

Amerika Birləşmiş Ştatlarından olan dünyanın ən yaşlı qadını vəfat etdikdən sonra Kyotanqodan olan Kimuranın adı 2012-ci ilin dekabr ayında "Ginnesin Rekordlar Kitabı"na dünyada yaşayan ən yaşlı insan kimi daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə