Finlandiyada körpələr karton qutuda yatır MARAQLI

Finlandiyada körpələr karton qutuda yatır MARAQLI

Artıq 75 ildir ki, Finlandiyada dövlət tərəfindən hamilə qadınlara qutu verilir. Bəziləri hesab edir ki, məhz bu səbəbdən Finlandiya dünyada ən az uşaq ölümü olan ölkələrdən biridir. Bu ənənənin tarixi 1930-cu ildən başlayır və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün uşaqlara şamil edilir. Qutunun içərisində bodilər, yataq torbası, uşaq üçün lazım olan hamam əşyaları, uşaq bezləri, yataq ləvazimatı və həmçinin döşək olur. Qutunun içərisindəki döşək uşağın ilk çarpayısını əvəz edir. Analar qiyməti 140 avro olan qutunu, ya da pulu götürməyi seçə bilərlər. Lakin anaların 95%-i qutunu götürür. Onlar bunu daha qiymətli hesab edir. Əvvəllər bu imkandan ancaq aztəminatlı ailələr yararlanırdısa, 1949-cu ildən bu hamıya şamil edilir. Yeni qanuna uyğun olaraq, analığa namizəd qadınlar maddi yardımı və ya qutunu almaq üçün hamiləliyin 4-cü ayından əvvəl həkim nəzarətindən keçməlidir. Qutunun götürülməsi eyni zamanda, bu vasitəylə yenicə hamilə olan qadınların həkim nəzarətinə cəlb vasitəsidir.

1930-cu ildə Finlandiyada kasıblıq höm sürürdü və uşaq ölümü çox yüksək idi.(hər 1000 uşaqdan 65-i tələf olub). Amma illər keçdikcə, bu rəqəmlərdə nəzərəçarpacaq azalma baş verdi . Bunun səbəbi 1940-cı ildə dövlət səhiyyyə sığortası systemi və mərkəzi xəstəxana şəbəkəsi tərəfindən hamilə qadınlara sözü gedən qutuların verilməsi, onlara göstərilən dövlət qayğısının artması oldu. Nəticədə bu sahə inkişaf etdi.

Qutunun içindəkilər illər ərzində dəyişib. 1930- cu 40-cı illərdə analar uşaqlarına paltar tikməyə alışsın deyə qutuya parça qoyulurdusa, II Dünya Müharibəsi zamanı flanel və pambıqa ehtiyac olduğundan parçanı kağız mələfələr və uşaq bezləri əvəz etdi. 1950-ci ildə hazır paltarların sayı artmağa və sonrakı 20 ildə onlar yeni streç materialdan hazırlanmağa başladı. Amma bunun ömrü qısa oldu. Əsrin dəyişməsi ilə parça bezlərin yenidən istifadəsi gündəmə gəldi. Birdəfəlik bezlərin ekologiyaya ziyan vurduğunu nəzərə alaraq onların istifadəsi dayandırıldı.

Uşaqların tərbiyəsi sahəsinin inkişafı sözügedən qutu siyasətinin bir hissəsidir. Onlar əvvəl valideynlərin çarpayılarında yatırdılar. Buna son qiymaq məsləhət görüldü. Bu qutu valideynlərə uşaqlarına tək yatmaq vərdişini alışdırmağa kömək edir. Qutunun içindəilərdən şüşə butulkaların və əmziklərin çıxarılması anasüdünü təbliğ etməkdir. Qutuya şəkilli kitabın qoyulması isə uşaqlarda kitab oxumaq alışqanlığı yaratmaq baxımından da əhəmiyyətli hesab edilir. Bir sözlə, analara verilən qutu uşaaqlara göstəriləndiqqət və qayğının bir simvoldur.

Bütün xəbərlər Facebook səhifəmizdə