Mərakeşdə yetişən və arqan ağacının meyvələrindən əldə edilən arqan yağı qadınların gözəllik üçün istifadə etdiyi bir yağdır və UNESCO tərəfindən mühafizə edilən argan (Argania Spinosa) ağacının meyvəsindən əldə edilir. Arqan ağacının çiçəkləri sarı və yaşıl rəngdədir. Arqan yağının əldə edilən meyvəsi isə qoz, badam kimi sərt qabıqlıdır. Arqan yağı 100% təbii olub üz, saç və dırnaq üçün çox faydalıdır. Quru dərili insanlar üçün bənzərsiz nəmləndirici vasitədir. Arqan yağı dəriyə möhtəşəm dərəcədə canlılıq verir. Bu bitki yağının faydaları əsrlər boyunca sübut edilib və bu gün də etibarlılığını saxlamaqdadır.
Alimlərin fikrincə, bu yağ min dərdin dərmanıdır. Arqan yağına "Qızıl yağ" da deyirlər. Onu saçlardan tutmuş dabanlara kimi çəkmək olar. O, nadir tapılan meyvədən hazırlanır. Arqan yağından istifadə edənin başqa kremə ehtiyacı yoxdur. Dərini rekord səviyyədə nəmləndirir və cavanlaşdırır. Dəri hüceyrələrini yeniləyir. Alın və dodaqətrafı qırışları azaldır. Ümumiyyətlə, qırışın yaranmasını əngəlləyir. Şampunun içinə qatmaqla saçlara qulluq etmək saçların uzun müddət sağlam qalmasına kömək edir. Bu yağı kiprik və qaşlara da qidalandırıcı kimi çəkə bilərsiz. Kiprik və saçların tökülməsinin qarşısını alır. Baş dərisi problemlərini aradan qaldırır. Yanmış saçları bərpa edir. Arqan yağı doğuşdan sonra yaranan çatların aradan qaldırılmasında da istifadə üçün əvəzsizdir.
Tərkibi:
Bu orqanik yağın 47%,1 oleik turşu(Omeqa 9), 33,8% linoleik turşu(Omeqa 6) təşkil edir. Yağ turşularına əlavə olaraq arqan yağı çox yüksək nisbətdə Tokoferol (E vitamini), Squalene, Steroller və Polifenoller kimi müxtəlif mürəkkəb birləşmələrdən ibarətdir. Gözəllik mütəxəssislərinin fikrincə, arqan yağı ilə rəqabət apara biləcək hər hansı bir məhsul yoxdur. Yatmazdan əvvəl dəriyə bir neçə damla sürtməklə onun yenilənməsi, yumşalması və rəngini saxlaması üçün kifayətdir.
Arqan yağı - qocalma əleyhinə nəmləndirici
Arqan yağı dərini yumşaldır, nəmləndirir və qurumağa qoymur. Gündüz və gecə istifadə etməklə quru və nəmli dəri arasında tarazlıq yaradır.
Gecələri bütün dəri növləri üçün möcüzə bir təsir meydana gətirir. Yuxu boyunca dərinin yenilənməsini təmin edər və dərinin yaşlanmasının qarşısını alır.
Qara nöqtələrin, üzdəki sızanaqların və boyun xətlərinin aradan qaldırılması:
Arqan yağı həftədə 2-3 dəfə olmaq şərtilə yüngül masajla üzə çəkilir. Maksimum təsirin təmin edilməsi üçün əsasən gecə yatmazdan əvvəl istifadə edilməlidir. Üzə çəkməzdən əvvəl mütləq üzün təmiz yuyulması əsas şərtdir. İstifadə edildikdən sonra isə dəri hamar, yumşaq və ipək kimi olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB