“Windows 8” əməliyyat sisteminin demo-versiyasının təqdimatı olub

“Windows 8” əməliyyat sisteminin demo-versiyasının təqdimatı olub

İyunun 5-də "Windows 8" əməliyyat sisteminin demo-versiyasının təqdimatı olub.

Tədbirdə hazırda dünyada 100 milyon "Windows 8" lisenziyasının satıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bir müddət sonra yenilənməsi gözlənilən "Windows 8"in işçi adı "Windows Blue"dir. Onun əsasını yalnız istifadəçilərin rəyi deyil, yeni nəsil "Windows 8"də kompyuterlərin və planşetlərin tanınması təşkil edəcək.

Bildirilib ki, "Windows Blue" cari ildə buraxılması nəzərdə tutulan bir pulsuz funksional yenilənmə paketidir. Bununla yanaşı, istifadəçilərin ixtiyarına iki yeni ölçülü plitələr veriləcək, bu da öz növbəsində elementləri quraşdırmağa və ekran məkanını daha rahat təşkil etməyə imkan yaradacaq.

Yenilənmiş "Windows Store" indi daha detallaşdırılmış məlumatları, ən yaxşı pulsuz tətbiq və yeni proqram siyahılarını nümayiş etdirəcək, həmçinin hər bir istifadəçi üçün ev ekranında xüsusi seçilmiş tətbiqləri göstərəcək.

"SkyDrive" "Windows Blue"nin ayrılmaz funksiyalarından biri olacaq. Tətbiqin yeni versiyası fərdi kompyuterdən, yaxud mobil cihazlardan faylları buludla və əksinə sinxronlaşdırmağa imkan yaradacaq.

Qeyd edilib ki, "Windows Blue"nin daxilinə "Internet Explorer 11" daxil olacaq. O da özündə cihazlarla işdə məhsuldarlıq baxımından təkmilləşdirməni, səhifələrin daha tez yüklənməsini və interfeys ayarı daxil olmaqla bir neçə yeni funksiya cəmləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə