Silikon modeli eybəcər hala saldı FOTO

Silikon modeli eybəcər hala saldı FOTO

Koreyalı, keçmiş model Hanq Miokunun üzü "DİY" (ev şəraitində edilən kosmetik qulluq) gözəllik müalicəsindən sonra eybəcər vəziyyətə düşüb. SİA-nın "Daily Mail" saytına istinadən verdiyi məlumata görə, üzünə bir butulka silikonun yeridilməsindən sonra, üzündə yaranan çapıqlar onu narahat edib. Bunu aradan qaldırmaq üçün Hanq, mətbəxdə istifadə edilən yemək yağından yararlanmağı qərara alıb. Bu qeyri-adi cəhddən sonra onun üzü olduqca bərbad hala düşüb. Hətta keçmiş modelin valideynləri belə onu tanımaqda çətinlik çəkiblər.

Qeyd edək ki, cərrah əməliyyat zamanı keçmiş modelin üzündən 60 qram silikonu, yemək yağını, boyun nahiyəsindən isə 200 qram əlavə maddəni xaric edib.

Sona Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə