"300-dən çox sürünənlə birlikdə yatıram"

"300-dən çox sürünənlə birlikdə yatıram"

İngiltərənin Desborouh qəsəbəsində yaşayan 16 yaşlı Liam Andrews yataq otağında 300-dən çox ekzotik heyvanla birgə yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Liamın heyvanlarının əksəriyyətini, tarantula, ilan və ölümcül əqrəblər təşkil edib. Hətta məhşur gənc çəkinmədən kolleksiyasındakı kərtənkələlərlə, qurbağalarla, quşlarla və boynuna doladığı ilanlarla birlikdə parka gəzməyə, marketə gündəlik alış-verişə gedir.

"300-dən çox sürünənlə birlikdə yatıram. Bu günə qədər heç biri otaqdan qaçmayıb. Heyvanlarla birlikdə yaşadığıma görə dostlarımın sayı çox deyil" -deyə, Liam bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə