Arxeoloqlar qədim Misirin ən böyük limanını tapıblar. 4 min 500 il əvvəl Misirin dünyanın ən böyük sivilizasiyalarından biri olmasını təmin edən liman, Qırmızı dənizdə aşkarlanıb.
Süveyş Kanalının təxminən 180 km cənubunda olan liman, Fransa Arxeoloji Araşdırmalar İnstitutunun rəhbərliyi ilə fransız və misirli araşdırmaçılar tərəfindən ortaya çıxarılıb. Liman bölgəsində papiruslar və Böyük Piramidanın inşasında işləyənlərdən birinin gündəliyi də tapılıb.
Səlahiyyətli qeydlərində piramidanın inşası üçün əhəng daşı daşıdığını yazıb.
Araşdırma qrupunda iştirak edən Paris-Sorbonne Universitetinin professoru Pierre Tallet Vadi əl Carf bölgəsində olan limanın, bu günə kimi bilinən ən köhnə limandan 1000 il əvvəl inşa edildiyini bildirib. Qalıqların yanında, daşdan oyulmuş kəndir və saxsı, qab və s. tapılıb.
Daşdan hazırlanan inşaat alətlərinin üzərində, aid olduqları gəmilərin adları yazılıb. Tallet qalıqlardan 10 ədəd yaxşı qorunmuş papirus tapdıqlarını da qeyd edib.
Papiruslarda Firon Khufunun hökmdarlığının 27-inci ilində misirlilərin gündəlik həyatlarına aid məlumatlar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB