Əyilmiş ekranlı televizorlar satılacaq

Əyilmiş ekranlı televizorlar satılacaq

LG şirkəti bu ilin yanvarında keçirilmiş CES 2013 sərgisində əyilmiş OLED displeyə malik televizorlar nümayiş etdirib. O zaman qurğunun yalnız konsepti təqdim edilmişdi. Hazırda isə əyilmiş ekranla təchiz edilmiş LG televizorları artıq bu il satışa çıxarılacaq.

Sözügedən şirkətin nümayəndələrinin sözlərinə görə, əyilmiş ekranla təchiz edilmiş televizorlar böyük üstünlükdür. LG Home Entertainment bölməsinin vitse-prezidenti Tomas Li deyib ki, televizorda əyilmiş ekrandan istifadə yeni böyük trend olacaq.

LG şirkəti sözügedən televizorların satışına ilk əvvəl Britaniyada başlayacaq. Qurğuların texniki xüsusiyyətləri və qiymətləri hələ ki açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə