ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) avtomatik planetlərarası stansiyasının Marsda çəkdiyi şəkillər maraqlı tapıntıya səbəb olub. SİA-nın məlumatına görə, fotolarda vaxtı ilə SSRİ-nin Marsa yolladığı və 1971-ci ilin dekabrında "qırmızı planet"in səthinə enmiş "Mars-3" aparatının qalıqları əks olunub.
Aparatın qalıqlarını rusiyalı həvəskarlar tapıb, sonra onların hipotezi ilə NASA mütəxəssisləri razılaşıblar. Bəşər tarixində ilk dəfə Marsa endirilən zond Yerə informasiya ötürməyə başlayıb, amma 14,5 saniyə sonra əlaqə kəsilib.
Mütəxəssislərin fikrincə, modulun elektron sxemlərini Marsın ekstremal quru şəraitində yığılan statik elektrik zərbəsi məhv edib. Fotolarda "Mars-3" aparatının yumşaq eniş mühərrikləri vasitəsilə kənara atdığı ştanq, əyləc konusu və habelə 1,5 metr diametrdə eniş modulu aşkar görünüb. Faktları NASA təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB