Qan analizi nəfəslə müayinə olunacaq

Qan analizi nəfəslə müayinə olunacaq

İsveçrəli alimlər hər insanın özünəməxsus nəfəs izlərinin olduğunu aşkar ediblər. Araşdırmaçılar yeni texnologiyanın köməyi ilə xəstələrin qanını klassik üsulla analiz etmək əvəzinə sadəcə nəfəs verməklə müayinə olunmasına çalışırlar. Bu metodla onlar xəstəyə bir neçe saniyə içində diaqnoz qoya biləcəklərini deyirlər. Hələ ki, "nəfəs izləri" ilə ağciyər və döş qəfəsi xəstəliklərini müəyyən etmək mümkündür, lakin gələcəkdə bir sıra xəstəliklərin müayinəsində bu metodun böyük əhəmiyyət daşıyacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə