Müdriklik dərsi

Azərbaycanda bir nəfərin televizoru xarab olur və təmir üçün evə usta çağırılır. Usta təmir üçün televizorun arxasını açdıqda qəribə bir mənzərənin şahidi olur. Televizorun arxası çörək qırıntıları ilə dolu idi və nasazlıq da qırıntılarla bağlı idi. Evdə isə ata-anadan başqa 4 yaşlı qız da yaşayırdı və valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu işi qızcığazdan başqa heç kim edə bilməz.

Uşağın valideynləri usta yanında heç nə demirlər. Televizor çörək qırıntılarından təmizlənir və usta televizoru sazlayaraq təhvil verir.

Haqqını alan televizor ustası gedəndən sonra valideynlər qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna lmaq istəmir, sonra isə hönkür-hönkür ağlamağa başlayır.

Məlum olur ki, uşaq ekranda xarici ölkələrdəki ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirir və televizorun arxasındakı dəliklərdən içəri atırmış.

Bu hadisəni eşidənlərin hamısı hadisədən çox təəsirləniblər.

Aydın Mirzəzadə

Bütün xəbərlər Facebook səhifəmizdə