Bəzəkli kasa "Sotheby`s" hərracda 9,5 milyon dollara satılıb
Tam 9,5 milyon dollara satıldı

Çinin Qinq sülaləsinin dövründən qalma bir kasa Honq Konqda keçirilən hərracda rekord qiymətə öz alıcısını tapıb.

1661-1722 illərində hökm sürən İmperator Kanqxi dövründən qalma lotus çiçəkləriylə bəzəkli kasa "Sotheby`s" hərrac evində 9,5 milyon dollara satılıb.

Məşhur kolleksiyaçı Alis Çenq tərəfindən satılan qırmızı kasanın Cinqdejendəki imperatorluq sobalarında bişirildiyi və Pekindəki saray atelyesində rənglənildiyi güman edilir.

Üzərində mavi, çəhrayı, sarı və ağ rəngli lotuslarla yaşıl yarpaqların təsvir olunduğu kasa, 11 santimetr diametrindədir. Kasanın içində İmperator Kanqxinin möhürü də əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə