Bir qrup oğru yük maşını dolusu krem şokolad oğurlayaraq gözdən itib
Almaniyanın Hessen əyalətinin Niederaula şəhərində həftə sonu çox maraqlı və "şirin" bir oğurluq meydana gəlib.
Bir qrup oğru yük maşını dolusu "Nutella"nı (krem şokolad) oğurlayaraq gözdən itib.
Təhlükəsizlik qüvvələrindən bu gün edilən şərhdə oğurlanan 5 ton "Nutella"nın ümumi dəyərinin 16 min avro( 16379.2 manat) olduğu deyilib. Bölgədə əvvəllər də oğrular böyük miqdarda qida maddəsi oğurlamışdı.
Mart ayında 30 min avro dəyərində 5 ton qəhvə, Avqust ayında da 34 min qutu enerji içkisi oğurlanmışdı.Oğurluğun reallaşdığı yer bölgədəki yük maşını şoferlərinin avtomobillərini buraxdıqları bir avtopark olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB