Hər il aprelin 8-də Beynəlxalq Qaraçı günü qeyd olunur. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Beynəlxalq Qaraçı günü ilk dəfə 1971-ci ildə aprelin 8-də Londonda qaraçıların ümumdünya konqresində qəbul olunub.
Qaraçılar ümumi mənşə və dilə malik olan etnik qrupdur. Onlar dünyanın hər yerində - Avropa, Asiya, Şimali Afrika, Amerika və Avstraliyada yaşayırlar. Dünyada onların sayı 18 milyondur. Təkcə Avropada 10 milyon qaraçı yaşayır.
Qeyd edək ki, onların öz bayrağı və himni var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB