Göz xəstələrinə xoş xəbər

ABŞ-dakı Vaşinqton Universitetinin tibb fakültəsində edilən bir araşdırma qandakı xolesterol səviyyəsini azaldan dərmanların "Maku degenerasiya" deyilən korluğun ən məşhur səbəblərindən birini əngəlləyəbiləcəyini ortaya qoyub.

Nəticələri Cell Metabolism jurnalında nümayiş olunan təcrübələrə görə, yüksək xolesterol immunitet sistemi problemlərinə və bilvasitə olaraq da Maku degenerasiyaya gətirib çıxarır. Gözdəki Makula nöqtəsində ortaya çıxan problemlər, oxuma, avtomobil istifadə və insanları tanıma kimi ən fundamental görmə fəaliyyətlərini maneə törədir və korluğu səbəb olur. Araşdırma qrupundan Doktor Rajendra Apte, "Xolesterol salıcı göz damlaları və digər dərmanlar, yaşa bağlı görmə itkisinin qarşısını ala bilər", - deyib.

SONA

Bütün xəbərlər Facebook səhifəmizdə