Dilənçi Hüseyn U. müvafiq qanunun tələbinə uyğun cərimə olunub
Türkiyədə diləndiyi üçün saxlanılan dilənçinin cibindən 3 daşınmaz əmlaka dair mülkiyyət kağızı (kupça) aşkarlanıb. Hadisə Eskişehir vilayətinin Ordupazarı rayonunda baş verib.
Sənəddə qeydiyyatda olan hər 3 daşınmaz əmlak Sinop şəhəri ərazisindədir. Üzərindən bir miqdar nəğd pul da aşkarlanan dilənçi Hüseyn U. müvafiq qanunun tələbinə uyğun cərimə olunub.
Polis bölməsindən verilən məlumata görə, dilənçilər bir-birlərinə mobil telefonla zəng vuraraq keçirilən reydlərdən yayınmağa çalışırlar. Buna baxmayaraq dilənçi sayında azalma olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB