Britaniyalı fermer inək südündən araq hazırlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yeni içkinin müştəriləri arasında "Agent 007" kimi tanınan Ceys Bond rolunun məşhur ifaçısı Deniel Kreyq də var. 250 inəyi olan 47 yaşlı Ceyson Barber süddən araq hazırlamaq qərarına "Sibir" barədə televiziya filminə baxdıqdan sonra gəlib. 3 il ərzində öz sirli resepti üzərində işləyən fermer sonunda istəyinə nail olub. O, öz yeni məhsulunu "Qara inək" adlandırıb.
Britaniyanın tanınmış restoranlarında və dünyaca məşhur aşpazların menyusuna daxil edilən yeni içki yüngül və kərə dadı ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB