Pişiyi tapana 750 dollar mükafat veriləcək

Fransanın məşhur kino ulduzu Bricit Bardo itən sevimli pişiyini tapan şəxsə 750 dollar mükafat vəd edib. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 78 yaşlı aktrisa, müğənni, keçmiş model Bardo heyvanların hüquqlarını müdafiə etməkdə fəallıq göstərib.

Bağbanlar aktrisanın mülkündə kolları təmizləyərkən pişik yoxa çıxıb. 2 yaşlı "Rontonton" adlı pişiyin itməsinə məyus olan aktrisa onun tezliklə tapılacağına ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə